Nazirlərin görüş günləri və yeri - SİYAHI

Nazirlərin görüş günləri və yeri  - SİYAHI
  29 Yanvar 2015    Oxunub:4632
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bölgələrdə vətəndaşlarını qəbulunu davam etdirir.

AzVision.az onların 2015-cü ilin fevral ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini təqdim edir:

Ədliyyə naziri Fikrət Məmmədov fevralın 4-ü Salyan şəhərində Salyan, Cəlilabad, Biləsuvar sakinlərini qəbul edəcək.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov fevralın 6-ı Saatlı rayonunda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Cəbrayıl, Füzuli, Xocavənd sakinləri ilə görüşəcək.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 12 fevral tarixində Neftçalada Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı əhalisi ilə görüş keçirəcək.

Baş prokuror Zakir Qaralaovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay sakinləri ilə görüşü fevralın 13-də Şamaxıda keçiriləcək.

Təhsil naziri Mikayıl Cabbarovun vətəndaşlarla görüşü isə 16 fevral tarixində baş tutacaq. O, Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Bərdə, Ağdaş sakinlərini qəbul edəcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 19-da Sumqayıt, Abşeron, Xızı, Qubadlıdan olan vətəndalar üçün Sumqayıt şəhərində görüş keçirəcək.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 19 fevralda Lənkəran şəhərində vətəndaşlarla görüş keçirəcək, o, Lənkəran, Astara, Lerik, Yardımlı şəhələrindən olan sakinləri qəbul edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla görüşmək istəyən Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy, Mingəçevir sakinləri fevralın 19-da Gəncədə olmalıdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla görüşü isə fevralın 20-də Astarada baş tutacaq. O, Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad sakinlərini qəbul edəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 20-də Biləsuvarda Biləsuvar, Cəlilabad, Salyan, Neftçala sakinləri ilə görüşəcək.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şabran, Siyəzən, Xızı sakinlərinin şiakyət və təkliflərini fevralın 20-da Şabranda dinləyəcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun vətəndaşlarla görüşü fevralın 20-d Qaxda baş tutacaq. O, Qax, Şəki, Balakən, Zaqatala və Oğuz sakinlərini qəbul edəcək.

Fevralın 20-də daha bir bazir, səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabadda görüş keçirəcək. Nazirin qəbuluna Cəlilabad, Biləsuvar, Salyan, Masallı və Yardımlı sakinləri gələ bilər.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 20 fevralda Ağsuda Ağsu, Şamaxı, Qobustan sakinləri ilə görüşəcək.

Vergilər nazirliyi Fazil Məmmədov fevralın 21-də Hacıqabulda baş tutacaq. O, Hacıqabul, Şirvan, Saatlı, Neftçala sakinlərini qəbul edəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 21 fevralda Bərdədə Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçından olan vətəndaşları görüşəcək.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev fevralın 24-də Ağdaş şəhərində Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Zərdab sakinləri ilə görüş keçirəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə vətəndaşlarla fevralın 24-ü Göyçayda görüşəcək. O, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Yevlax sakinlərini qəbul edəcək.
Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusarda Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən sakinləri ilə görüşəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Masallıda 27 fevral tarixində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı sakinlərini qəbul edəcək.

Nəqliyyat naziri Ziya Məmmədov fevralın 27-də Lənkəran şəhərində Lənkəran, Astara, Lerik sakinlərinin şikayət və təkliflərini dinləyəcək.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşmək istəyən sakinlər fevralın 27-də İmişli şəhərində olmalıdır. Nazir burada İmişli, Beyləqan, Füzuli, Ağcabədi sakinlərini qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə fevralın 27-i Xaçmazda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı sakinləri ilə görüşəcək.

Daxili işlər naziri Ramil Usubovun vətəndaşlarla görüşü isə ayın son günü, fevralın 28-də baş tutacaq. O, Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl skainlərini qəbul edəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti