Metroda növbəti problem: sərnişinlər təxliyyə edildi

Metroda növbəti problem: sərnişinlər təxliyyə edildi
  29 Yanvar 2015    Oxunub:1984
Bakı Metropolitenində növbəti problem yaşanıb.
"AzVision.az xəbər verir ki, Bakı Metropoliteni" SC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Lent.az-a bildirdiyinə görə, problem metronun Dərnəgül-Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən qatarda baş verib: "Saat 18:24 radələrində qeydolunan xətt üzrə hərəkət edən 21 saylı qatarda ("28 may" stansiyasında) nasazlıq yaranıb. Sərnişinlər qatardan düşürdülüb".

Metropolitenin şöbə müdiri onu da qeyd edib ki, artıq problem öz həllini tapıb: "Xəttə əlavə qatar buraxıldı. Buna görə bir neçə dəqiqə sərnişinlər gözləməli oldu. Artıq problem yaşanmır"


Teqlər:



Xəbər lenti