Azərbaycanlı qadınları satan 35 nəfər tutuldu

Azərbaycanlı qadınları satan 35 nəfər tutuldu
  30 Yanvar 2015    Oxunub:1667
Türkiyə jandarması keçirdiyi əməliyyat nəticəsində içərisində azərbaycanlıların da olduğu 65 fahişə saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizli şəhərinin Pamukkale rayonunda keçirilən əməliyyatda qadınları zorla fahişəliyə təşviq etməkdə şübhəli bilinən 35 nəfər tutulub.

Əməliyyatda saxlanılan fahişələrin Rusiya, Gürcüstan və Azərbaycandan olduğu bildirilib.

Polis qadınları zorla fahişəliyə cəlb edən 35 nəfərin üzərindən 2 tapança, 4 ov tüfəngi və bunlara aid çox sayda güllə ələ keçirib. 35 şübhəlinin 27-sinin ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Saxlanılan əcnəbi qadınlar ölkədən deportasiya edilməsi üçün Dənizli Təhlükəsizlik Müdirliyinin Xarici Şöbəsinə təhvil verilib.


Teqlər:  





Xəbər lenti