Bu gün hava necə olacaq?
Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


