Müdafiə Nazirliyi: “Biz dinc insanlara atəş açmırıq”
Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu erməni tərəfinin növbəti uyğdurmasıdır:
“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri məhv etmək üçün yalnız hərbi hədəflərə atəş açır. Mülki insanların, dinc sakinlərin, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlərin atəşə tutulması isə yalnız ermənilərə xas olan xüsusiyyətdir”.
Qeyd edək ki, erməni mətbuatında yayılan məlumatlara görə, Azərbaycan tərəfi cəbhə bölgəsində ermənilərə məxsus mülki avtomobili atəşə tutublar. Nəticədə 3 erməni mülki vətəndaşı xəsarət alıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


