Azərbaycanda ana böyrəyini oğluna bağışladı
Şöbə müdirinin sözlərinə görə, xroniki böyrək çatışmazlığın ən uğurlu müalicə üsulu məhz böyrək transplantasiyasıdır, lakin bu xəstənin bir başa böyrək transplantasiyası üzrə əməliyyata salması onun həyatına təhlükə yaradırdı. Səbəb isə əməliyyat zamanı qalıcı kateterin çıxarılması zamanı xəstədə ağ ciyər arteriyasının tromboemboliyası və nəticədə ölüm təhlükəsi vardı:
“Həkimlərin qərarı əsasında, xəstə üzərində iki ağır əməliyyatın aparılması qərarı verildi, belə ki, əməliyyatın ilkin mərhələsində MNX-nın Ürək və damar xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisləri cərrah Seymur Musayevin rəhbərliyi altında açıq ürək əməliyyatı keçirtdilər və trombun xaric edilməsindən sonra əməliyyatın ikinci mühüm mərhələsi həyata keçirildi. Böyrək transplantasiyası üzrə əməliyyatı mənim rəhbərliyim altında xəstə üçün donor olan anasından bir böyrək götürülüb uğurla xəstəyə köçürülüb”.
Doktor Mircəlal Kazımi qeyd etdi ki, hal-hazırda dünya praktikasında xəstələrin dializ proqramına girmədən əməliyyat olunmalarına səy göstərilir. Buna səbəb də dializ xəstələrini hepatit, dializ kateterinə bağlı tromb əmələ gəlməsindən, yüksək arterial təzyiq və onun fəsadlarından, əlavə dərmanların toksik təsirindən və s. qorumaqdır. Ən əsası isə yalnız əməliyyat xəstələrin həyat keyfiyyəni artırır, ailə və cəmiyyətə geri qayıtmalarını təmin edir.
Mircəlal Kazımi onu da bildirib ki, bu onların təcrübəsində ikinci xəstəmizdir.
Gültəkin ƏLƏSGƏR