Kərəm Həsənov hesabat verdi
Onun sözlərinə görə, ötən il ərzində 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib: “Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub. Hesabat dövründə 5 680-ə yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim ediblər. Bunlardan 2 400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib”.
K. Həsənov deyib ki, komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər: “Hesabat dövründə 5 798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3 739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb”.
AzVision.az
Teqlər: