NATO-nun baş katibi Azərbaycandan danışıb

NATO-nun baş katibi Azərbaycandan danışıb
  30 Yanvar 2015    Oxunub:1797
NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan ilə bu hərbi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, ötən il NATO ilə əlaqələrin uğurla davam etdirildiyini bildirib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Alyansın rəsmi saytında yer alan xəbərdə deyilir.

NATO-nun baş katibi ötən illə bağlı hesabatında diqqətə çatdırır ki, Azərbaycan 2014-cü ildə NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramında iştirakını davam etdirib. NATO-nun bu proqramında məqsədi üzv və tərəfdaş ölkələr arasında əlaqələri möhkəmləndirməkdir.

Xatırladaq ki, Azərbaycan NATO-nun bir çox layihələrində, o cümlədən Əfqanıstanda sülhün bərqərar olması üçün keçirilən beynəlxalq missiyada iştirak edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti