`Neftçi`dən daha bir transfer

AzVision.az klubun saytına istinadən məlumat verir ki, futbolçu Əziz Quliyevlə ilyarım müddətinə müqavilə bağlanıb.
Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu bununla bağlı fikirlərini bildirib: “Mənə “Neftçi” kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım”.