Prezident BTR sürdü

Prezident BTR sürdü
  31 Yanvar 2015    Oxunub:2491
Ukrayna prezidenti Pyotr Poroşenko BTR-in prototipi "Dozor-B” zirehli maşını testdən keçirib.
AzVision.az xəbər verir ki, bu haqda dövlət başçısının rəsmi saytı bildirib.

Yeni hərbi maşınlar Lvovda "Ukroboronprom" konserni tərəfindən istehsal edilib. O silahlı qüvvələrin şəxsi heyətini və yüklərin daşınması üçün nəzərdə tutulub. Həmçinin maşında müxtəlif silahlandırılma və hərbi avadanlıqlar var.

Bu halda baza modeli müxtəlif komplektasiyalarda buraxıla bilər: zirehli avtomobil, zirehli transpartyor, kəşfiyyat-gözətçi maşını, desant maşını, özüyeriyən tank əlehinə-raket kompleksi, alovlu dəstəyin maşını, tibbi və polis avtomobili, həmçinin ümumi təyinatın və komandir avtomobilinin maşını.(anspress)


Teqlər:





Xəbər lenti