Pentaqon: İŞİD-i 5 ilə məhv etmək olar
“Ekstremizm ideologiyasını yalnız hərbi yolla dəyişmək qeyri-mümkündür. Bunun üçün müəyyən müddət lazımdır. İraq və Suriyada isə insanların tələblərinə cavab verə biləcək sabit hökumət lazımdır”, - deyə Kirbi bildirib.
Mətbuat katibi İŞİD üzərində mümkün qələbə vaxtını açıqlamağa çətinlik çəkib: “Bunun üçün 3-5 il lazımdır”.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev