Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması müəyyən edilmiş Gəncə şəhər sakini Aidə Rzayeva tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Aidə Rzayevanın qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması müəyyən edilib və o, tutulub.