Gəncədə olay: 49 yaşlı kişi özünü öldürdü

Gəncədə olay: 49 yaşlı kişi özünü öldürdü
  01 Fevral 2015    Oxunub:2174
Gəncədə asılmış vəziyyətdə kişi meyiti aşkar edilib.
Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkar ediblər.

Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:  





Xəbər lenti