Bakıda satıcı qızlar müdiri döydülər
Şikayətçi qeyd edib ki, Rəsulzadə küçəsi 5 ünvanında yerləşən “Bambi” ayaqqabı mağazasının müdiridir. Bir neçə gün əvvəl mağazada onunla satıcıları – 1992-ci il təvəllüdlü Teymurova Mətanət Ədalət qızı və 1991-ci il təvəllüdlü Əhmədova Nigar Vidadi qızı arasında narazılıq yaranıb.
Bu zaman hər iki satıcı mağaza müdirini döyüblər. Şikayətçinin sözlərinə görə, satıcılar piştaxtaları sındıraraq ayaqqabıları yerə dağıdıblar.
N.Göküşun polisə müraciətindən sonra qarşı tərəf də bölməyə ərizə yazaraq oxşar məzmunlu şikayət ediblər.
Hər iki müraciət əsasında zəruri araşdırmalar aparılır.
AzVision.az