Mehdiabadda 3 otaqlı ev yandı

Mehdiabadda 3 otaqlı ev yandı
  02 Fevral 2015    Oxunub:1262
Mehdiabadda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik ümumi sahəsi 130 kv.m olan ev yanğından mühafizə olunub.

Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti