Deputatların tətili başa çatdı - sessiya başlayır

Deputatların tətili başa çatdı - sessiya başlayır
  02 Fevral 2015    Oxunub:1503
Bu gündən etibarən Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 2-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında qərar

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar

3. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar

4. Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

7. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

9. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

11. "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

AzVision.az


Teqlər:  



Xəbər lenti