Qəzet satan ateist baş nazir və ailəsi - FOTOLAR

Qəzet satan ateist baş nazir və ailəsi - FOTOLAR
  02 Fevral 2015    Oxunub:6025
Yunanıtsan keçirilən seçkilərdə qalib gələn Aleksis Çipras ölkənin son 150 ildəki ən gənc baş naziridir.

Uzun müddətdir siyasi fəaliyyətlə məşğul olan Çipras 1990-cı ildə 100 minlərlə tələbənin keçirdiyi etiraz aksiyalarına liderlik edib. Bu illərdə başlayan və üç ay davam edən “Önlük” hərəkatının liderlərindən birinə çevrilib.



Bu vaxt o, Kommunist Partiyası Gənclər Təşkilatının üzvü idi. Həmin dövrdə ölkənin baş naziri olan Konstantin Miçotakisin hazırladığı qanun layihəsinə etiraz edən tələbə aksiyalarında 5 nəfər öldü. Buna baxmayaraq etirazçılar tələblərini qəbul etdirməyə nail oldu və qanun layihəsi ləğv olundu. Bu hadisədən sonra Aleksis məşhurlaşdı və xalqın rəğbətini qazandı.



Məktəb illərini xatırlayarkən Aleksis Çipras deyir: “Həmyaşıdlarımın məktəbdə basketbol oynadığı, sevgililəri ilə gəzdiyi vaxtda mən Kommunist Partiyasının rəsmi qəzeti olan “Odigitis”i satmaqla məşğul idim”.



Baş nazirin məktəb illərində ləqəbi də var idi. Ona argentinalı inqilabçı Çe Geveranın şərəfinə “Che-pras” deyirdilər.



Afina Texniki universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirəndən sonra Aleksis hərbi xidməti də paytaxt Afinada keçib.



Baş nazir evli olmasa da 20 ildir münasibətdə olduğu Peristera Baziana ilə yaşayır. “Birgə həyat müqaviləsi” imzalayan cütlüyün iki uşağı var. Aleksis özü ateist olduğuna görə uşaqlarını da xaç suyuna saldırmayıb.



Baş nazir olmasına baxmayaraq, o hələ də Afina küçələrində motosikletlə gəzir. Heç vaxt qalstuk taxmır. Bunu sevmədiyini deyir.
















Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti