“Charlie Hebdo” məzuniyyətə çıxdı

“Charlie Hebdo” məzuniyyətə çıxdı
  02 Fevral 2015    Oxunub:1328
Peyğəmbərin karikaturalarını dərc etməklə məşhurlaşan Fransanın “Charlie Hebdo” jurnalının redaksiya heyəti məzuniyyətə çıxıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalın internet saytında məlumat yerləşdirilib.

“Əziz oxucular, “Charlie Hebdo”nun bütün komandası hər birinizə təşəkkür edir və son həftələrdə bizə göstərdiyiniz dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Biz sizi unutmayacağıq və yaxın həftələrədə qəzet köşklərinə qayıdacağıq”, - deyə jurnalın yaydığı məlumatda bildirilir.

Xatırladaq ki,, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti