23 yaşlı Günaya kömək edin!

  02 Fevral 2015    Oxunub : 6393
23 yaşlı Günaya kömək edin!

Osmanova Günay Pərviz qızı Azərbaycanda nadir hallarda rast gəlinən “Hepatit B” və “Hepatit D” virusundan əziyyət çəkir. Əslən İsmayıllı rayonundan olan 23 yaşlı Günay hazırda tələbədir. O, bir neçə aydır ki, bu, acımasız xəstəliyə yoluxub.

Özünün də dediyi kimi, Günay ölkəmizdə “Hepatit D” virusu aşkar edilən sayca 82-ci insandır. Hazırda Bakıda ailəsi ilə birlikdə kirayədə qalan Günayın müalicə xərclərini ödəmək üçün köməyə ehtiyacı var.

“Başda cənab prezidentimiz olmaqla, birinci xanımdan, Leyla Əliyevadan, hörmətli millət vəkillərindən, mərhəmətli Azərbaycan vətəndaşlarından yardım istəyirəm. Bakıda kirayə qalırıq, yoldaşım şəkər xəstəsidir, işsizdir. Maddi vəziyyətimiz pis olduğundan qızımı müalicə etdirə bilmirik. Həkimlər dəfələrlə xəbərdarlıq edirlər ki, əgər yaxın günlərdə lazım olan dərmanları almasaq Günayın səhhəti daha da pisləşəcək. Çarəsizik. Köməyə ehtiyacımız var. Çox xahiş edirəm qızıma yardım edin”-deyə Günayın anası Aybəniz Osmanova bildirib.

İmdad diləyən ananın sözlərinə görə, Günayın müalicəsi üçün ilkin olaraq 5 min manat pul tələb olunur:

“Qızımı müalicə etdirmək üçün hər şeyimizi satmışıq. İndi satılacaq heç nəyimiz qalmayıb ki, Günayın analizlərini Almaniyaya göndərək. Burada da həkimlər deyir ki, lazım olan pulu tapmasanız, Günayın səhhəti getdikcə pisləşəcək. Bir ana kimi hamıdan kömək istəyirəm. Səhiyyə naziri Oqtay Şirəliyevə üz tutaraq ondan bizə yardım etməsini xahiş edirəm”.

Qeyd edək ki, Günaya kömək etmək istəyən insanlar bu nömrələrlə (055 285 65 79, 055 654 11 65) əlaqə saxlasınlar. Yardım etməniz üçün bank hesabını təqdim edirik:




Teqlər: