“Putin pis strateqdir” – Barak Obama
ABŞ prezidenti bir daha “Krımın birləşdirilməsini Rusiyanın xeyrinə yox, əksinə, böyük itkilərə” səbəb olacağını vurğulayıb.
Obamanın fikrincə, son illər Putin spontan və düşünülməmiş qərarlar verir. Çünki ötən ilin qış ayından Ukraynada baş verənlər Putin üçün gözlənilməz olub.
“Biz Krımın və Ukraynadakı hadisələrin Rusiya üçün baha başa gəlməsi üçün hər şey edirik və edəcəyik. Biz diplomatik təzyiq edə bilərik. Düşünürəm ki, Rusiya ilə hərbi münaqişə nə dünyanın nə də ABŞ-ın marağındadır”, -deyə Obama vurğulayıb.
O bildirib ki, Kremldən Ukrayna böhranının çözümü üçün diplomatik yolun Rusiyanın maraqlarına daya uyğun olduğunun başa düşüldüyünü göstərən siqnal almayıb.
“Odur ki, Putin irəli yox, geriyə baxır. Ola bilsin ki, gələcəkdə öz mövqeyini dəyişsin. Amma biz hələlik öz sərt mövqeymizdə qalmalıyıq” – deyə ABŞ prezidenti vurğulayıb.
Eldar Tanrıverdiyev
Teqlər: