Pokerdə 1 milyon udan oğlanın məşhur şəriki - FOTOLAR

Pokerdə 1 milyon udan oğlanın məşhur şəriki - FOTOLAR
  02 Fevral 2015    Oxunub:2312
Ötən ay poker yarışında1 milyon udan “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəriblinin biznesilə bağlı maraqlı faktlar üzə çıxıb.
AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, İlkin Qəribli Azərbaycanın bank biznesinə çoxdan ehtiyac duyulan yeni xidmətin təsisçilərindən biridir.

O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin həmtəsisçisi Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. Rüstəm Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor Rəfiqə Əliyevanın nəvəsi, tanınmış modelyer Fəxriyyə Xələfovanın bacısı oğludur.

Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan BOA kollektor agentliyinin əsas müştəriləri banklar və satışı kreditlə aparan hüquqi və fiziki şəxslərdir.

Xatırladaq ki, professor, Fransa hökuməti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş Rauf Hacıyevin digər oğlu da biznesmendir. O, Bakının məşhur restoranlarından birinin sahibidir.








Teqlər:  





Xəbər lenti