Oqtay Əsədov: `İşimiz gərgin olacaq`

Oqtay Əsədov: `İşimiz gərgin olacaq`
  02 Fevral 2015    Oxunub:1842
Bu gün Milli Məclisinin yaz sessiyası başlayıb. AzVision.az xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
Spiker qeyd edib ki, Milli Məclis Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu olması üçün öz öhdəliyinə düşən qanunvercilik prosesini layiqincə yerinə yetirir.

“Bilirsiniz ki, bu çağırış parlamentin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz gərgin olacaq. Bu sessiyada hökumətin hesabatı dinləniləcək, büdcənin icrası haqqında qanun layihəsinə baxılacaq, həmçinin Ombudsmanın hesabatı dinləniləcək”.

Daha sonra Milli Məclisdə gündəliyin müzakirəsinə başlanılın. Xatırladaq ki, bu günkü iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti