“Minsk qrupunun tərkibi dəyişməlidir” - Azay Quliyev
“Azərbaycan tərəfi rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi məsələsini qaldırmalıdır. Artıq bunun vaxtı çatıb. Almaniyanın bu qrupa gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm”.
Azay Quliyev həmçinin Serj Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını qeyd edərək bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırdı:
“100 min imza lazımdır və ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik”.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


