Deputatın təklifini spiker qəbul etmədi
“Bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir. Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiyini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar”.
Bu cür problemlərdə qadınlara kömək məqsədilə millət vəkili ölkəmizdə Aliment Fondu yaradılmasını təklif etdi.
“Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Bu zaman isə analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir”.
Spiker Oqtay Əsədov isə belə bir təkliflə razılaşmayıb. Bildirib ki, belə fond yaratmaqla problemləri daha da artırmaq olar. Spiker qeyd edib ki, aliment verməyənlərin sayı daha da artmış olar: “Bu məsələnin həlli üçün digər vasitələr düşünülməlidr. Bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


