Oqtay Əsədov: `Şikayət etməkdən yorulmuşuq`

Oqtay Əsədov: `Şikayət etməkdən yorulmuşuq`
  02 Fevral 2015    Oxunub:1954
`Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər?`

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarından danışıb.

AzVision.az-ın məlumatıa görə, spiker qeyd edib ki, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır.

“Hamınız təcrübəli millət vəkillərisiniz. Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən də yorulmuşuq”.

O.Əsədov AŞPA-da Azərbaycan nümayəndə heyətinin Rusiyaya qarşı sanksiyalara dəstək verməməsinə də aydınlıq gətirib:

“Mətbuat yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs, niyə Sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma öz səsini eşitdirmək üçün sankiya təklifini dəstəkləmədi. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyün tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti