Qızların narkotikaya marağı artıb - Azərbaycanda

Qızların narkotikaya marağı artıb - Azərbaycanda
  02 Fevral 2015    Oxunub:2430
“Azərbaycanda narkomaniya ilə bağlı qanuna əlavə və dəyişikliklər olunmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bugünki iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud qanun olsa da, bütün dünyada olduğu kimi ölkəmizdə bu bu problem qalmaqdadır:

“Bu gün Azərbaycanda həbsxanalarında olan məhkumların 30 faizi narkotikdən istifadə edir. Hazırda Azərbaycanda ən çox yayılan narkotik vasitə marixuana və tiryəkdir. Biz qanunda şəxsi istehlak miqdarı üçün marixuananı 5 qram, triyəki isə 0.2 qram nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, narkotik alanların çoxu üzərində onun miqdarını müəyyən edən tərəzi gəzdirmirlər. Ona görə də həbs olunanların əksəriyyəti məhz narkomanlardır. Biz mövcud qanunda qeyd etmişik ki, narkomaniya xəstəlikdir, amma bu xəstəliyin müalicə yeri pentensiar xidmətdəki müəssisələr deyil. Bu xəstələrin aidiyyatı xəstəxanalarda müalicə etmək lazımdır. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Çünki onların hamısını xəstəxanaya yerləşdirmək mümkün deyil”.

Millət vəkili bildirib ki, hüquq mühafizə orqanları birgə əməliyyat keçirərək ölkəmizə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alır:

“Fikir versək görərik ki, saxlanılanların əksəriyyəti narkotiki daşıyanlar və onu istehlak edənlərdi. Lakin onun yayımı ilə məşğul olanlar, yaxud da mütəşəkkil şəkildə bu cinayətlə məşğul olanları tutmaq olmur. Çünki onların mərkəzi Azərbaycandan kənardadır. Narkotik vasitələr daha çox İran sərhədindən ölkəmizə keçirilir. Hesab edirəm ki, İranla dövlət səviyyəsində ciddi danışıqlar aparılmalıdır”.

Milli Məclisin üzvü təklif edib ki, aidiyyatı qurumlarla dinləmələr keçirərək “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” qanun adından dəyişiklik etmək lazımdır:

“Mövcud olan olan qanun layihəsinin adı dəyişdirilərək “Narkomaniyaya qarşı mübarizə” olsun. İndi daha çox məktəbliləri və ali təhsil alan gəncləri narkotik istifadə etməyə çəkirlər. Qərarda qeyd olunmalıdır ki, orta və ali məktəblərdə reklam çarxları nümayiş olunsun ki, narkotik istifadə edənlərin aqibəti necə olur. Son zamanlar oğurluq edənlərin sayı çoxalıb və onlara nəzər yetirsək görərik ki, onların əksəriyyəti bu cinayəti sırf narkotik alamq üçün törədir. Təəsüf ki, son zamanlar gənc qızların narkotika marağı artıb. Xüsusilə də Azərbaycan kişiləri qadınları bu işə cəlb edir”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti