Baş prokuror Vüqar Əliyevin işinə baxa bilər

Baş prokuror Vüqar Əliyevin işinə baxa bilər
  02 Fevral 2015    Oxunub:2910
“Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin ailəsi bizə onun günahsızlığı ilə müraciət etsə, biz də Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcəyik”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Komitə sədri sözügedən qətli törədən Lamiyə Quliyevanın nişanlısı Vüqar Əliyevin günahsızlığı ilə bağlı mətbuatda dərc olunan yazılara münasibət bildirib. O, qeyd edib ki, bu məsələ ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova müraciət edə bilər:

“Hələ ki, bizə Vüqar Əliyevin ailəsindən heç bir mürciət daxil olmayıb. Amma hər hansı bir müraciət olarsa biz Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcəyik. Çünki belə məsələlərlə onlar məşğulı olur”.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti