Elmar Məmmədyarov ABŞ-da forumda iştirak edəcək

Elmar Məmmədyarov ABŞ-da forumda iştirak edəcək
  15 May 2013    Oxunub:1184
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 2-də ABŞ-dakı yəhudi lobbisinin "AJC Global Forum 2013" qlobal forumunda iştirak etməsi planlaşdırılır.
Bu barədə təşkilatın saytı xəbər yayıb.

Məlumata görə, forumda, həmçinin Yunanıstanın Baş naziri, İsrailin ədliyyə naziri, habelə Çexiya və Polşanın xarici işlər nazirləri iştirak edəcəklər.

Elmar Məmmədyarovun forumun I plenar iclasında iştirak etməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti