Prezident Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşdü

Prezident Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşdü
  02 Fevral 2015    Oxunub:1455
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olundu, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olundu.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olundu.

AzVision.az


Teqlər:  



Xəbər lenti