Putin azərbaycanlı milyarderə söz verdi

Putin azərbaycanlı milyarderə söz verdi
  02 Fevral 2015    Oxunub:4111
Rusiya rəhbərliyi azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus olan “Lukoyl” şirkətinin yeni layihələrini dəstəkləyəcək.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı milyarderlə görüşü zamanı bildirib.

Görüş zamanı Ələkbərov vurğulayıb ki, şirkət hökumət tərəfindən onların yeni vilayətlərin işlənməsi üzrə təkliflərinə baxmağı gözləyir: “Çünki bu gün şirkətdə yaradılan potensial inkişaf etdirilməsini gözləyir. İnkişaf – yeni ərazilər, yeni layihələrdir. Ona görə, də biz bu sahədə işlərə sürətlə başlamaq üçün sizdən dəstək istəyirik”, -deyə “Lukoyl” rəhbəri bildirib.

Rusiya prezidenti Vladimir Putin buna cavab olaraq Ələkbərova öz dəstəyini göstərəciyini bildirib.

Ələkbərov eyni zamanda Putini məlumatlandırıb ki, 2015-ci ildə “Lukoyl” Rusiya ərazisində 86 milyon ton neft hasil etməyi planlaşdırır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti