Ermənistan qorxulu röyalar içində

Ermənistan qorxulu röyalar içində
  02 Fevral 2015    Oxunub:2304
Artıq 2 gündür ki, Ermənistan ictimaiyyəti sanki qorxulu röyalar içində yaşayır və ya əhali ən qorxulu röyalarda belə təsəvvür edilməyən hadisələrlə üzləşıb.
Gümrüdə 7 nəfərlik bir ailənin qətlə yetirilməsindən sonra, Ali hərbi məktəb kursantının 4 nəfər öz kursant (onlardan birinin atası palkovnikdir) yoldaşları tərəfindən işgəncə ilə öldürüldükdən sonra asılması kimi hadisələrin səs-küyü sengiməmiş, əhalini hövsələdən çıxara biləcək başqa bir xəbər də yayıldı.

Belə ki, Ermənistandan Qarabağa gedən yolda əksəriyyəti Qarabağ müharibəsi veteranlarından ibarət olan bir qrup şəxslər hakimiyyətə qarşı “100-illiyə bu günkü rejimsiz” şüarları ilə avtomobil yürüşü təşkil etmışlər. Təşkilatçıların çağırışı ilə Qarabağa doğru irəliləyən yürüş iştirakçılarının əsas məqsədi Qarabağ əhalisini də yürüşə qoşaraq rejimə qarşı mübarızəyə qaldırmaq idi. Lakin yürüş iştirakçılarının avtomobil kalonu Qarabağ sərhədinə çatarkən yerli polislərin müqaviməti ilə rastlaşdı. Polislərin onları geri qaytarmaq cəhdi isə yürüş iştirakçılarının etirazına səbəb oldu. Nəticədə toqquşma baş verdi və polislər 15 maşını, 3 peşəkar vıdeo kameranı sındıraraq sıradan çıxardılar. 20 nəfər yürüş iştirakçısı, o cümlədən 10 nəfəri qrup halında qəddarcasına döyüldülər. 7 – 8 yaşlarında 4 uşaq və 3 jurnalist də döyülənlər arasında idi. Döyülənlərdən 2-si : - Təşkilatçı Jirayr Sefilyan (keçmış Şuşa batalyonunun komandiri) və azad jurnalist, Rusiya və Fransa ölkələrinin vətəndaşı Şahnazaryan xəstəxanaya aparıldı. Yürüş rəhbərlərindən Varujan Avetisyan isə başı qanlı halda polislərin əlindən güclə qaça bildi. Azad yurnalist Şahnazaryan yaralı halda xəstəxanaya aparılarkən öz həmkarına verdiyi müsahibədə deyir : “Mən 6 aydır ki, Yerevana gəlib özümə ofis açmışam. Əslində 5 yaşınadək Yerevanda yaşamışam, sonra Rusiyaya, oradan da Fransaya köçmüşük. Mən bura gələrkən, mənə dedilər ki, getmə, oralar çox zibil yerlərdir. Mən isə inanmadım, indi çox peşmanam.”

Beləliklə, Serj Sərkisyan rejiminin fəaliyyəti daha bir qanlı olayla başa çatdı.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları mərkəzinin Böyük Elmi işçisi.


Teqlər:



Xəbər lenti