Oqtay Əsədov deputata kinayə etdi: “Lap məni ağlamaq tutdu”

Oqtay Əsədov deputata kinayə etdi: “Lap məni ağlamaq tutdu”
  02 Fevral 2015    Oxunub:3882
Parlamentin bugünkü plenar iclasından çıxış edən deputat Etibar Hüseynov Azərbaycan polisinin hüquq və səlahiyyətətinin artırılması təklifi ilə bağlı çıxış edib.
AzVision.az xəbər verir ki, deputatın sözlərinə görə, mətbuatda elə gün olmur ki, polisə zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi hallarına rast gəlməyək:

- Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədəki polislər öz işlərini lazımi səviyyədə görən şəxslərdir: “Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa ölkədə vəziyyət necə olardı”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti