Bir gündə 3 ölü, 25 həbs, 63 cinayət

Bir gündə 3 ölü, 25 həbs, 63 cinayət
  03 Fevral 2015    Oxunub:1415
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti