Dünyanın ən təhlükəsiz 50 şəhəri - SİYAHI

Dünyanın ən təhlükəsiz 50 şəhəri - SİYAHI
  03 Fevral 2015    Oxunub:3037
Böyük Britaniyanın “The Economist” qəzeti dünyanın 50 təhlükəsiz şəhərinin siyahısını dərc edib.
Asiya qitəsinin ən zəngin şəhərləri hesab olunan Tokio, Sinqapur və Osaka (Yaponiya) siyahıya başçılıq edir. Stokholm dördüncü, Amsterdam isə beşinci yeri tutur. İlk onluğu Sidney, Sürix, Toronto, Melburn və Nyu-York tamamlayır.

İkinci onluqda isə Honk Konq, San Fransisko, Taypey (Tayvan), Monreal (Kanada), Barselona, Çikaqo və Los Anceles, London, Vaşinqton və Frankfurt yer alıb.

Fransanın şəhərlərindən heç biri ilk iyirmiliyə daxil edilməyib. Paytaxt Paris 23-cü yerdə qərarlaşıb.

Qəzet dünyanın ən təhlükəsiz şəhərlərini dörd kriteriya əsasında müəyyənləşdirib: Kibercinayət və şəxsi məlumatların oğurluğuna qarşı mübarizə; Təhlükəsizlik (uzunömürlülük: həkim və çarpayıların sayı); İnfrastrukturların təhlükəsizliyi; Şəxsi təhlükəsizlik (zorakılıq hallarına və qeyri-qanuni hərəkətlərə qarşı mübarizə). (AzərTAc)


Teqlər:





Xəbər lenti