Hava necə olacaq?

Hava necə olacaq?
  03 Fevral 2015    Oxunub:1200
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti