Arif Hacılı İbadoğluna xəbərdarlıq etdi

Arif Hacılı İbadoğluna xəbərdarlıq etdi
  03 Fevral 2015    Oxunub:1214
Müsavat partiyasının ötən gün keçirilən Divan toplantısında iki partiya üzvünə xəbərdarlıq olunub.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, toplantıda Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti barədə izahatı dinlənilib, müzakirələrdən sonra ona yol verdiyi Nizamnamə pozuntularına görə xəbərdarlıq elan olunub.

Divan iclasına çağırılması barədə Qubad İbadoğluna Nizamnamə tələblərinə uyğun xəbərdarlıq edilməsinə baxmayaraq, onun əslində üzrlü olmayan səbəbdən iclasa gəlməməsi partiyanın Divanına qarşı hörmətsizlik kimi qiymətləndirilib. Yol verdiyi Nizamnamə pozuntuları müzakirə olunub. Q.İbadoğluna xəbərdarlıq edilməklə yanaşı, Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə haqqında müvafiq intizam tədbirinin görülməsi barədə qərar qəbul edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti