Kəndli öz həmkəndlisini güllələdi

Kəndli öz həmkəndlisini güllələdi
  15 May 2013    Oxunub:1786
Quba rayonunun Zıxır kəndində kənd sakini Lətif Əzimovu qətlə yetirən Teymur Mustafayev tutulub.
Daxili İşlər nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 14-də Quba rayonunun Zıxır kəndində kənd sakini Teymur Mustafayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Lətif Əzimovu qətlə yetirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mustafayev tutulub, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti