Prezident Soçiyə istirahətə gedir

Prezident Soçiyə istirahətə gedir
  03 Fevral 2015    Oxunub:2074
Belarus prezidenti Aleksandr Lukaşenko qısamüddətli məzuniyyət keçirmək və Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Lukaşenko “Olimpiada-2014” paytaxtında Belarus idman-turizm bazasının inkişaf planı ilə tanış olacaq, bir sıra danışıqlar aparacaq. Putinlə görüş zamanı, ikitərfli münasibətlər, Ukraynada baş verən son olaylar və s regional, qlobal məsələlər müzakirə ediləcək.

Putin və Lukaşenko Soçidə görüşmək barədə razılığa yanvarın 23-ü telefon danışığı zamanı gəliblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti