Komitə sədri PKK-çılarla görüşəcək

Komitə sədri PKK-çılarla görüşəcək
  03 Fevral 2015    Oxunub:1075
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına baş çəkəcək.
Bu barədə AzVision.az-a komitə sədri özü məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, ziyarət zamanı orada saxlanılan Qaraçuxur məscidini yandıran PKK terrror təşkilatının üzvləri Namiq Nəsibov və Elnur Ələkbərovla da görüşəcək.


Xatırladaq ki, Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törədən şəxslər bir neçə ay tutulublar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti