Arif Hacılıya sərt cavab

Arif Hacılıya sərt cavab
  03 Fevral 2015    Oxunub:1277
“Müsavat Divanında mənə qarşı yönələn iradların böyük əksəriyyəti mənim həmtəsisçisi olduğum ADR hərəkatı ilə, ikincisi isə bizim Nizamnamədə nəzərdə tutulmayan İcra Aparatı ilə bağlıdır”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib.

Başqan Arif Hacılı tərəfindən xəbərdarlıq alan E.Məmmədli Müsavatda ona qarşı haqsızlığa yol verildiyini deyib.

Bildirib ki, Nizamnamədə nəzərdə tutulmasa da İcra Aparatı mövcuddur və həftədə bir dəfə sədrlər şurası olur:

“Həftədə bir dəfə onun Şədrlər Şurasının toplantısında iştirak etmək lazımdır. Onlar da bunu qanuniləşdirmək istəyirlər. Nizamnamədə olmayan bir qurumda mənim iştirak etmək öhdəliyim yoxdur.

Deyirlər ki, guya mən tədbirlərdə iştirak etmirəm. Bu, ağ yalandır. Mitinqlərdə də, bütün tədbirlərdə də aktiv iştirak edirəm, şəkillərim də var. Sadəcə bunların dedikləri yalnız sosial şəbəkələrdə mənim yazdığım fikirlər, qurultayla bağlı yazdıqlarım və ya yazılanlara reaksiya göstərməyimlə əlaqədardır. Bu da Qadınlar Birliyinin sədri kimi düzgün hərəkət qəbul olunmur və partiyanın imicinə zərbə kimi qiymətləndirilir. Bu isə absurd və məntiqsiz bir şeydir. Orada çoxlu, Nizamnamədən kənar olan suallar var idi. Divanda mənə olan münasibət tamamilə qərəzdən və mənə qarşı kindən doğur. Bu qərar mənə qarşı qərəzi olan adamların bir araya toplanaraq verdiyi qərardır”.

E.Məmmdli əlavə edib ki, o, Divanın toplantısında iştirak etsə də xəbərdarlıq barədə qərar çıxarılan vaxt orada olmayıb:

“Onlar mənim bir müsavatçı kimi ADR-də, yoxsa Müsavatda qalmağımı dəqiqləşdirməyimi tələb edirlər. Halbuki ADR İctimai Birlikdir və onun partiya ilə heç bir əlaqəsi yoxdur. Onu da qeyd edim ki, mənim partiyadan istefa vermək fikrim yoxdur. Mənə qarşı qərəzi olan adamların axıracan nə etmək niyyətində olduqlarını səbrlə gözləyəcəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti