20 saytın fəaliyyəti yoxlanılır - nöqsanlar var

20 saytın fəaliyyəti yoxlanılır - nöqsanlar var
  03 Fevral 2015    Oxunub:2949
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqləri davam etdirilir.
Bu barədə AzVision.az-a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, monitorinqə 20-ə yaxın sayt cəlb edilib.

O, qeyd edib ki, monitorinq nəticələri martın ilk ongünlüyündə açıqlanacaq.

Q.Məhhərrəmli saytlarda daha çox hansı nöqsanlara yol yerildiyini də qeyd edib. Onun sözlərinə görə, qəzet və televiziyalarda dilin işlənməsi hansı vəziyyətdədirsə, saytlarda da təxminən eynidir:

“Belə bir fövqəladə hal yoxdur. Bütövlükdə saytlarda dilin tətbiqi genişlənir, dil böyük bir sahədə tətbiq olunur, yazılır. Amma bununla yanaşı bəzi nöqsanlar da var. Dilin normaları pozulur, başqa dillərin təsiri ilə cümlələr yazılır. Söz sırası pozulur, cümlələrdə sözlər yerində işlənmir, alınmalara meyl həddindən artıq çoxalıb. Bu cür nöqsanlar müşahidə edilir”.

Şöbə müdiri bildirib ki, saytlarla yanaşı küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır: “Küçə reklamları ilə bağlı hazırda Nərimanov rayonu ərazisində monitorinqlər aparılıb, Səbael və Nəsimi rayonu ərazisində monitorinqlər yekunlaşıb, indi onların nəticələri təhlil olunur. Bu davamlı işdir və bütün il boyu olacaq. Bütün rayonlarda monitorinqlər aparılacaq ki, Azərbaycan dili reklamlarda, afişalarda, elanlarda necə yazılır. Bu prosesi biz izləyirik”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti