İslam Kərimov komaya düşdü

İslam Kərimov komaya düşdü
  03 Fevral 2015    Oxunub:3335
Özbəkistan prezidenti İslam Kərimov yanvarın 28-də komaya düşüb.

AzVision.az-ın xəbər verir ki, bu barədə Avropa KİV-i “Özbəkistan Xalq Hərəkatı”na (ÖXH) istinadən məlumat yayıb.

“Məlumata əsasən İslam Kərimov ötən gün saat 20:30-da “Kuksaray” iqamətgahında huşunu itirib. İqamətgahda olan tibbi personal dərhal prezidentə yardım edib. Daha sonra iqamətgaha çağırılan əlavə həkimlər də prezidenti ayılda bilməyiblər. İslam Kərimov yanvarın 29-da komada qalıb”.

Müxalifətçilər bildirdiyinə görə, cümə axşamı prezident iqamətgahına təcili olaraq Milli Təhlükəsizlik İdarəsinin rəhbəri, hökumət rəhbəri Şavkat Mirzayev və nazirlər kabinetinin digər üzvləri, Kərimov ailəsinə yaxın adamlar gəliblər. ÖXH görüşün detalları barədə açıqlama verməyib.

Hazırda Özbəkistan prezidenti İslam Kərimovun səhhəti barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti