Leyla Əliyevanın `Əli və Nino`su - FOTOLAR

Leyla Əliyevanın `Əli və Nino`su - FOTOLAR
  03 Fevral 2015    Oxunub:16789
Britaniyanın "PeaPie Films" kino şirkəti Məmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsərini ekranlaşdıracaq.

Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

AzVision.az xəbər verir ki, filmdə Nino obrazını canlandıracaq ispan əsilli aktrisa Mariya Valverde (Maria Valverde Rodriguez ) 1987-ci il martın 24-də anadan olub.
Onun atası rəssam, anası isə heykəltəraşdır. Orta mətkəb illərinə teatra xüsusi marağı olan Mariya film sahəsində kariyerasına 2003-cü ildə 16 yaşında ikən “Bolşevikin zəifliyi” (The Weakness of the Bolshevik) filmi ilə başlayıb. Bu günə qədər bir çox filmdə rol alan aktrisa Azərbaycanda daha çox “Səmadan 3 metr yüksəklikdə” (Three Steps Above Heaven) filmi ilə tanınır.

Əli obrazını isə fələstinli aktyor Adam Bakriyə canlandıracaq. Aktyor ailəsində böyüyən A.Bakri kariyerasına 2012-ci ildə başlayıb. Onu məşhurlaşdıran isə 2013-cü ildə baş rolda çəkildiyi “Omar” filmi olub. Yəhudi əsilli fələstinli rejissor Hani Əbu- Əssadın çəkdiyi film 86-cı “Oscar” mükafatının “ən yaxşı xarici film” nominasiyasında namizəd olub.

Məlumat üçün bildirək ki, Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci idə Berlində alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.


Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti