Prezident və xanımı Bakıda görülən işlərlə tanış oldu

Prezident və xanımı Bakıda görülən işlərlə tanış oldu
  03 Fevral 2015    Oxunub:2164
Fevralın 3-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.

Dövlətimizin başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlandı.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxdılar.

Prezident İlham Əliyevə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verildi. Bildirildi ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.


Teqlər:  





Xəbər lenti