“Əliyev və Sarkisyanla görüşəcəyik” - Uorlik

“Əliyev və Sarkisyanla görüşəcəyik” - Uorlik
  03 Fevral 2015    Oxunub:1397
“ATƏT-in Minsk qrupunun həmsədrləri son həftələrdə Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatdırlar”.

AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Diplomat Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından ciddi narahatlıq keçirdiklərini qeyd edib.

Uorlikin sözlərinə görə, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün təhlükəlidir: “Biz tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti