Naxçıvandakı ağır qəza ilə bağlı rəsmi Məlumat

Naxçıvandakı ağır qəza ilə bağlı rəsmi Məlumat
  03 Fevral 2015    Oxunub:2028
Naxçıvanda baş verən yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin AzVision.az-a verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, eləcə də S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Naxçıvan Muxtar Respublikası DİN DYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti