Oğul atasını polisə verdi

Oğul atasını polisə verdi
  03 Fevral 2015    Oxunub:1582
Laçın rayon sakini Talıb Hətəmovun müraciəti əsasında onun atası Əlif Hətəmovdan ov tüfəngi götürülüb.
AzVision.a Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov RPŞ-yə müraciət edərək fevralın 1-də həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açmasını bildirib.

Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirib.


Teqlər:  





Xəbər lenti