ABŞ Ermənistanın pulunu kəsdi

ABŞ Ermənistanın pulunu kəsdi
  03 Fevral 2015    Oxunub:2756
Obama Administrasiyası 2016-cı il Cənubi Qafqaz ölkələrinə maliyyə köməyi ilə bağlı yeni büdcəni təqdim edib.

AzVision.az-ın məlumatına görə, sənəddə Azərbaycan və Ermənistana ayrılan iqtisadi köməyin yenidən azaldılması da nəzərdə tutulur.

Yeni büdcə təsdiqlənəciyi təqdirdə İqtisadi Fond Azərbaycana - 7,9 milyon, Ermənistan – 18,6 milyon, Gürcüstana isə 50,5 milyon dollar vəsait ayrılacaq.

Bundan əlavə yeni büdcədən hərbi məqsədlər üçün Azərbaycana 1,7 milyon dollar, Ermənistana 1,7 milyon dollar yardım ediləcək. Gürcüstana isə bu sahədə maliyyə ayrılmayacaq. Beynəlxalq hərbi təhsil xərcləri üçün Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 2,2 milyon dollar ayrılacaq.

Qeyd edək ki, bu il ABŞ Administrasiyası Ermənistana rekord dərəcədə az maliyyə yardımı edəcək. 2014-cü ildə Ermənistana ABŞ tərəfindən 2 milyon dollar çox – 20 milyon dollar həcmində maliyyə ayrılmışdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti