40 ildir gülməyən qadının sirri - FOTO

40 ildir gülməyən qadının sirri - FOTO
  03 Fevral 2015    Oxunub:1880
İngiltərədə yaşayan 50 yaşlı Tes Kristian üzünün qırışmaması üçün 40 ildir ki, gülmədiyini deyir.
AzVision.az xəbər verir ki, bu yolla o cazibədar və təravətli qalmağa nail olub:

“Üz əzələlərimə nəzarət etməyi öyrənmişəm. Hətta qızım doğulanda da gülməmişəm, bunun nəticəsində də 50 yaşıma qədər üzümün qırışsız və təravətli qalmağına nail olmuşam. Hamı elə bilir ki, botoks etdirmişəm, halbuki belə yolların heç birinə baş vurmamışam. Sadəcə gənc yaşlarımdan bəri gülümsəmirəm və qəhqəhə çəkib gülmürəm. Bu, bahalı kremlərdən daha effektiv üsuldur”.

T.kristian həmçinin hesab edir ki, gülmək ona yaraşmır və güləndə əqli çatışmazlığı olan adamlara bənzəyir.





Fatimə Kərimli


Teqlər:





Xəbər lenti