Deputat Oqtay Şirəliyevdən yardım istədi, amma... - FOTOLAR

Deputat Oqtay Şirəliyevdən yardım istədi, amma... - FOTOLAR
  03 Fevral 2015    Oxunub:2844
Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslan “Hepatit B” və “Hepatit D” virusundan əziyyət çəkən 23 yaşlı tələbə Günay Osmanovaya kömək üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.
AzVision.az xəbər verir ki, deputat tərəfindən O.Şirəliyevin ünvanına rəsmi müraciət yanvarın 12-də göndərilsə də hələki nazirlikdən cavab verilməyib.

Müraciətdə millət vəkili G.Osmanovanın müalicə xəclərinin dövlət tərəfindən qarşılanmasını xahiş edib.

Bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, G. Osmanova “Hepatit” virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyandan qeydiyyatdan keçməlidir:

“Günay Osmanova Komissiyada qeydiyyatdan keçməlidir. Bundan sonra ona dövlət tərəfindən yardım edilə bilər. Nazirliyə daxil olan bütün müraciətlərə baxılır. Millət vəkil Novruz Aslanın Günay Osmanova ilə nazirə müraciətinə də cavab veriləcək”.

Qeyd edək ki, əslən İsmayıllı rayonundan olan Osmanova, bir neçə aydır ki, acımasız xəstəliyə yoluxub.

Özünün də dediyi kimi, Günay ölkəmizdə “Hepatit D” virusu aşkar edilən sayca 82-ci insandır. Hazırda Bakıda ailəsi ilə birlikdə kirayədə qalan Günayın müalicə xərclərini ödəmək üçün köməyə ehtiyacı var.

Günaya kömək etmək istəyən insanlar bu nömrələrlə (055 285 65 79, 055 654 11 65) əlaqə saxlasınlar. Yardım etməniz üçün bank hesabını təqdim edirik:





Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti